İrəvanda aksiya: Nikol, qatil... - Video

İrəvanda aksiya: Nikol, qatil... - Video

Ermənistanda “Alternativ” ictimai təşkilatının üzvləri hökumət binasının qarşısında aksiya keçiriblər.

Axar.az xəbər verir ki, aksiya iştirakçıları binanın qarşısına tabut, çəkilmə araq dolu şüşə, maqqaş və “Nikol, qatil” yazılmış plakat qoyublar.

Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaşanıb. Nəticədə “Alternativ” ictimai təşkilatının sədri Narek Mantaşyan saxlanılıb.

Onun sözlərinə görə, polis tabutun içərisində bomba olmasından şübhələnib.

“Məni dəqiqləşdirmə aparmaq üçün saxladılar. Tabutu ona görə qoyduq ki, hökumət insanların koronavirusdan ölməsinə barmaqarası baxır”, - Mantaşyan bildirib.

 

Mənbə: axar.az