Xarici mətbuat Ermənistanın təxribatçı hərəkətlərini ifşa edir

Xarici mətbuat Ermənistanın təxribatçı hərəkətlərini ifşa edir

Son günlər Ermənistanın Azərbaycanla həmsərhəd ərazilərdə hərbi təxribat törətməsi və vəziyyəti gərginləşdirməsi, eləcə də Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müzakirələr təkcə yerli KİV-in deyil, beynəlxalq me­dianın da gündəmindədir. Nüfuzlu nəşrlər bölgədə cərəyan edən hərbi və siyasi prosesləri izləyərək, müxtəlif məzmunlu məqalələr yayımlayırlar.

Almaniyanın “Der Tagesspiegel” nəşri “Ermənistan– Azərbaycan münaqişəsi: Alma­niya nə edə bilər?” sərlövhəli məqalə yayımlayıb. Hannes Haynenin müəllifi olduğu məqalədə son aylar bölgədə başvermişgərginlik işıqlandırılır və Almaniyanın münaqişənin həllinə hansı töhfələri verə biləcəyinə toxunulur.

Bildirilir ki, Ermənistan– Azərbaycan sərhədində bu ilin iyulunda başvermişvə hər iki tərəfdən insan tələfatı ilə nəticələnmiştoqquşmalara baxmayaraq Almaniya hökuməti məsələyə ehtiyatla, nikbinliklə yanaşır. Məqalədə Almaniya Xarici İşlər Nazirliyinin rəsmisi Migel Bergerin fikirlərinə yer ayrılıb. O bildirib ki, məhz iyul döyüşlərinədək tərəflər arasın­da dialoqa hazırlıq müşahidə edilirdi.

Müəllif beynəlxalq hüquqa görə, işğal altında olan ərazilərin Azərbaycana məxsus olduğu­nu xüsusi vurğulayır. Nəşr bu ilin iyulunda tərəflər arasında gərginliyin Dağlıq Qarabağdan aralıda, münaqişə bölgəsindən uzaqda başverməsini alman auditoriyasına çatdırır. Qeyd edir ki, iyulun 12-dən 15-dək davam etmiştoqquşmalarda Azərbaycan 12 hərbçi və mülki vətəndaşını itirib.

Müəllif Almaniyanın Ermənistana dəstək verən əsas ölkələrdən olduğunu, ona edilən maddi yardımları xatırladaraq, parlamentin solçu fraksiyasının üzvü, Cənubi Qafqaz üzrə eks­pert Hayko Lagnerin fikirlərinə yer ayırır. Ekspert bildirir ki, sülh prosesinə gəldikdə, federal hökumət öz potensialından tam istifadə etmir.

Müəllif daha sonra ya­zır: “Münaqişə tərəfləri problemə son qoymaq üçün hələ 2007-ci ildə razılaşdı­rılmış“Madrid prinsipləri”ni yerinə yetirməlidir. Həmin sənədə əsasən, Ermənistan ilkin mərhələdə Dağlıq Qarabağın ətrafındakı rayonları işğal­dan azad etməli, azərbaycanlı məcburi köçkünlər oraya qayıtmalıdır. Bundan sonra Dağlıq Qarabağa aralıq statusu verilməli, bölgənin yekun statu­sunun müəyyənləşdirilməsi üçün referendum keçirilməlidir. Bu arada, Livandan Dağlıq Qaraba­ğa ermənilərin köçürüldüyünə dair xəbərlər yayılmaqda­dır. Azərbaycan tərəfi bunu təxribat kimi qiymətləndirir. Yerli KİV-in məlumatına görə, köçürülmə Beyrutda bir müddət əvvəl başvermişpartlayışdan sonra başlayıb. Orada yaşayan erməniləri Dağlıq Qarabağa Ermənistan hökuməti köçürür.”

Alman ekspert Lagner hesab edir ki, Livandan Dağlıq Qara­bağa ermənilərin köçürülməsi beynəxalq hüququn pozulma­sıdır.

ABŞ-ın “Eurasia Review” nəşri “Məxməri inqilab” popu­lizmi “Madrid prinsipləri” üzrə danışıqlara son qoydu” sərlövhəli məqalə dərc edib. Məqalədə qeyd edilir ki, bu günlərdə beynəlxalq ictimaiyyət Ermənistan– Azərbaycan münaqişəsinin həlli üzrə onsuz da pozulmuşsülh prosesində növbəti “kərpicin düşməsi”nə şahid olub. Səbəb isə Ermənistanın başnaziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın avqustun sonunda Azərbaycanın işğal altındakı ərazilərində keçirilmişhərbi təlimlərə qatılmasıdır. Müəllifin vurğuladığına görə, halbuki, Akopyan cəmi 2 il əvvəl əlində gül dəstəsi tutaraq, sülh çağırışı edirdi.

Məqalədə Azərbaycanın Tovuz rayonu istiqamətində bu il iyulun 12-14-də başvermişhərbi toqquşmanın, həmçinin ondan əvvəlki və sonrakı hadisələrin Ermənistan rəhbərliyinin münaqişənin sülh yolu ilə həlli üçün konstruktiv danışıqlar aparacağına inamı sarsıtması qeyd edilir.

Ermənistanda 2018-ci ildə hakimiyyətə gəlmiş“inqilab­çı” hökumətin Ermənistan– Azərbaycan münaqişəsilə bağlı silsilə təxribatlarının sülh danışıqlarına ciddi zərbə vurması vurğulanır: “ Bu təxribatçı, dağıdıcı addımlar­dan biri də Nikol Paşinyanın “Dağlıq QarabağErmənistandır və nöqtə” bəyanatıdır. Erməni başnazir bu bəyanatı ilə, əslində, təhlükəli “miatsum” ideologiyasını (Azərbaycanın Dağlıq Qarabağregionunun Ermənistana birləşdirilməsi) yenidən gündəmə gətirib.”

Məqalədə, həmçinin, Ermənistanın müdafiə naziri David Tonoyanın 2019-cu ildə verdiyi “yeni ərazilər uğrunda yeni müharibə” bəyanatı, Paşin­yanın 1920-ci ildə imzalanmış, lakin ratifikasiya edilməmişSevr müqaviləsinin prinsipləri ətrafında debatların bərpası cəhdi xatırladılır.

Məqalədə vurğulanır ki, erməni tərəfi davamlı olaraq təhlükəli hərbi əməliyyatlara əl atmaqla yanaşı, ATƏT-in Minsk qrupu həmsədrlərinin təklif etdiyi prinsiplərə, həmçinin danışıqlar formatına qarşı çıxır.

Müəllif yazır: “Bundan başqa, artıq deyildiyi kimi, Ye­revan Ermənistan–Azərbaycan münaqişəsinin “Madrid prinsipləri” əsasında həllinə qarşı çıxır. Bu prinsiplərə əsasən, regionun yekun statusu müəyyən edilməmişdən qabaq Ermənistan silahı qüvvələri işğal altındakı əraziləri tərk etməlidir. Bu, danışıqlar prosesində hər zaman müzakirə edilib. Azərbaycan rəsmiləri və ekspertlər Ermənistanın milita­rist, təxribatçı mövqeyindən na­razılıqlarını ifadə edirlər. Onlar hesab edirlər ki, Ermənistanın “məxməri inqilab”la hakimiyyətə gələn yeni rəhbərliyi istər daxili, istərsə də xarici siyasətdə, müttəfiq seçimində əvvəlki hakimiyyətin yolu ilə gedir.”

Nəşr bildirilir ki, Paşinyan hökuməti danışıqlar prosesi­nin “dalana dirənməsi” üçün hər şeyi edir. Ermənistan hakimiyyəti məsələyə sağlam düşüncə ilə yanaşmır, davam­lı olaraq təxribatlara əl atır. Müəllif başnazirin siyasəti ilə bağlı yazır: “ O, özündən əvvəlki rejimin siyasətini təkrarlayır, müdriklikdən uzaq xarici siyasət yürüdür. Demək, iqtisadi çətinliklər içərisində olan Ermənistan bundan sonra da regional layihə və təşəbbüslərdən kənarda qalacaq. Bir sözlə, Ermənistanda başvermiş“məxməri inqilab”ın üzərindən iki il ötdükdən sonra deyə bilərik ki, hətta bu “məxməri inqilab fasadı” belə Yerevanın şovinizmini gizlədə bilmir. Bu gün onlar duyğu­ların istismarı ilə məşğuldur. Deyəsən, Ermənistan rəhbərliyi bu siyasətin həm regional təhlükəsizlik, həm də öz xalqı üçün nə ilə nəticələnəcəyini anlamır.”

Mənbə: xalqqazeti.com