CHP Öcalanın tələblərini TBMM-ə təqdim etdi - Şok

CHP Öcalanın tələblərini TBMM-ə təqdim etdi - Şok

CHP PKK lideri Abdullah Öcalanın tələblərini qanuni təklif olaraq Türkiyə Böyük Millət Məclisinə təqdim edib.

Axar.az xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının deputatı Ərkan Akçay məlumat verib.

Akçay qeyd edib ki, CHP lideri Kamal Kılıçdaroğlu partiyanı Pensilvaniya, Qəndil və HDP-nin siyasi əlaltısına çevirib.

O vurğulayıb ki, CHP millət vəkili Özgür Özel sosial uzlaşma ilə bağlı təklif təqdim edib. Bu qanunla CHP kənd mühafizəsinin ləğvini istəyir. PKK-nın qorxulu yuxusu halına gələn kənd mühafizəsinin ləğvi isə terrorçuların əl-qolunu açacaq.

Bundan əlavə, sözügedən təklif qanunla təsdiqlənərsə, qanunsuz olaraq dövlət əleyhinə toplantı və nümayiş keçirənlərə verilən həbs cəzası pul cəriməsi ilə əvəzlənəcək.

Mənbə: axar.az