Qalından Pelosiyə cavab: 16 il öncəki Türkiyə artıq yoxdur

Onlara məsləhətimiz budur: tarixi dəqiq oxusunlar, Türkiyənin yeni dinamikasını düzgün dəyərləndirsinlər.

Axar.az xəbər verir ki, bunu Türkiyə Prezidentinin sözçüsü İbrahim Qalın Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin açıqlamasını şərh edərkən bildirib.

"Əvvəllər Türkiyəyə təlimat verəndə bunun dərhal yerinə yetiriləcəyini zənn edənlər artıq ölkəmizdə 15-16 ildir belə bir düzənin olmadığını anlayıblar. Hələ bunu görməyiblərsə, bizi izləməyə davam etsinlər", - Qalın vurğulayıb.

Qeyd edək ki, N.Pelosi Türkiyənin anti-demokratik ölkələr sırasında yer aldığını bildirib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda sahibkarlar üçün nağdsız ödənişlər sistemi necə qurulur?

SONRAKI XƏBƏR

Lənkəranda 61 yaşlı fəhlə hündürlükdən yıxılaraq ölüb