Tramp seçkilərdə məğlubiyyətinin yeganə şərtini açıqladı

ABŞ prezidenti Donald Tramp bildirib ki, qarşıdan gələn seçkilərdə məğlub olacağı təqdirdə hakimiyyətin “dostcasına” ötürülməsini prosesini istəyir, o, ancaq əgər rəqiblərinin - demokratların poçtla səsvermədə fırıldaq işlədəcəkləri tədqirdə uduza bilər.
Bu barədə "Report" "RİA “Novosti"yə istinadən xəbər verir.
"Biz yalnız onların fırıldaq işlədəcəkləri təqdirdə seçkiləri uduzacağıq. Və onların buna nail olmalarına imkan verə bilmərik - karta bizim ölkəmiz qoyulub, çünki bu insanlar bizim ölkəmizi dağıdacaqlar və biz belə şeyə yol verə bilmərik. Bu fırıldaqdır, onlar bunu bilirlər və KİV bilir, dəqiq bilirlər ki, nə olacaq. Amma demokratlar bu barədə hamıdan daha yaxşı bilirlər.
Amma biz buna imkan verə bilmərik - əgər siz nəsə görsəniz, siz bu barədə bildirməlisiniz", - Tramp Virciniyada tərəfdarları qarşısındakı çıxışında deyib.
"Biz dostcasına keçid dövrünü istəyirik, amma istəmirik ki, bizi aldatsınlar. Axmaq olmaq istəmirik, onların minlərlə bülletenlə fırıldaqçılıq etdiklərini bilək və desinlər ki, "Bəli, gəlin hakimiyyəti verin". Biz buna dözməyəcəyik", - deyə prezident əlavə edib.

Dia.az

ƏVVƏLKİ XƏBƏR

Asensionun sevgilisi əzəli rəqibin azarkeşidi - FOTOLAR

SONRAKI XƏBƏR

Qarşımızda iki virus var - Fəxrəddin Qoca