Şavkat Mirziyoyev və Nursultan Nazarbayev Sarıağaşda görüş keçirdilər

Şavkat Mirziyoyev və Nursultan Nazarbayev Sarıağaşda görüş keçirdilər

25 sentyabrda Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qazaxıstanın ilk Prezidenti – Elbası Nursultan Nazarbayev arasında iş görüşməsi keçirilib.

KONKRET.az-ın Mərkəzi Asiya ölkələri üzrə bürosu xəbər verir ki, Özbəkistan rəhbərinin mətbuat xidməti Qazaxıstan tərəfinin təklifi ilə görüşün Türkistan vilayətinin sərhəd şəhəri olan Sarıağaş şəhərində baş tutduğunu bildirib.

“İki ölkənin liderləri Özbəkistan-Qazaxıstan strateji tərəfdaşlıq münasibətlərinin hazırkı vəziyyəti və perspektivlərini müzakirə etdilər, aktual regional və beynəlxalq məsələlər barədə fikir mübadiləsi apardılar” deyilib.

Koronavirus infeksiyasının qlobal yayılma nəticələrini tez bir zamanda aradan qaldırmaq üçün hökumət səviyyəsində koordinasiya və qarşılıqlı əlaqələrin davam etdirilməsinə xüsusi diqqət yetirilib.

Keçən il noyabr ayında Daşkənddə keçirilmiş Orta Asiya dövlət başçılarının ikinci Məşvərət Toplantısından sonrakı razılaşmalar çərçivəsində regional tərəfdaşlığın təşviqi məsələlərinə də toxunulub.

Bundan əlavə, MDB çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığın əsas istiqamətləri nəzərdən keçirilib.

Mənbə: konkret.az