Prezidentin köməkçisi bloqerlərlə görüşdü

Prezidentin köməkçisi bloqerlərlə görüşdü

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bir qrup bloqerlə görüşüb.

Azvision.az xəbər verir ki, bu barədə H.Hacıyev “Twitter” səhifəsində yazıb. “Ölkəmizin aparıcı bloqerləri ilə görüşməkdən məmnun oldum. Ətraflı və konstruktiv müzakirələr apardıq. Maraqlı təkliflər və rəylər səsləndirildi”, - deyə Prezidentin köməkçisi qeyd edib.
 

Mənbə: azvision.az