Baş naziri lağa qoydular: "Putin qorxdu, hətta ağladı..."

Bolqarıstanın “Dnevnik” jurnalının oxucuları ölkənin Baş naziri Boyko Borisovun Rusiya Prezidenti Vladimir Putinə xəbərdarlığını lağa qoyublar.

Axar.az xəbər verir ki, nəşr Baş nazir Boyko Borisovun açıqlamasını “Günün sitatı” rubrikasında yerləşdirib.

“Hələ mən bir neçə il əvvəl Prezident Putini, o vaxtın Baş naziri Dmitri Medvedyevi xəbərdar etmişdim ki, Bolqarıstan ərazisində belə bir halın baş verməsinə imkan verməyəcəm. Dövlət Milli Təhlükəsizliyi Agentliyi (DANS) və prokurorluq bununla bağlı sərt addımlar atır və casusluq etməyə çalışan hər kəsə beynəlxalq hüquqda açıq şəkildə göstərilən müvafiq tədbirləri tətbiq edəcəyik. DANS və prokurorluqda kifayət qədər məlumatlar var”, - baş nazir çıxışında bildirib.

Nəşrun oxucuları isə Boyko Borisovun çıxışını bu cür lağa qoyublar: “Aha, Putin bu xəbərdarlıqdan qorxdu, ağladı da”; “Putinin xəbəri var ki, ona xəbərdarlıq ediblər?”

Qeyd edək ki, bir neçə gün öncə Bolqarıstan iki rusiyalı diplomatı casusluqda ittiham edib. Hər iki diplomatın ölkə ərazisində casusluqla məşğul olduğu bildirilib.

Axar.az

ƏVVƏLKİ XƏBƏR

Prezidentin köməkçisi bloqerlərlə görüşdü

SONRAKI XƏBƏR

Multimedia "Philip Morris" şirkəti: Dünya 15 il sonra siqaretlərdən - İmtina Edəcək