“Rusiya ilə 2018-ci ildə sülh müqaviləsi bağlaya bilərdik” - Şinzo Abe

Yaponiyanın sabiq Baş Naziri Şinzo Abe Tokio ilə Moskvanın 2018-ci ildə sülh müqaviləsi bağlamağa mümkün qədər yaxın olduqlarını söyləyib. Azvision.az xəbər verir ki, bu barədə o, “Nikkei” nəşrinə müsahibəsində deyib.

Sabiq Baş Nazir belə bir imkanın Sinqapurda Rusiya Prezidenti Vladimir Putinlə görüşdə yarandığını əlavə edib.

Onun sözlərinə görə, hətta 2016-cı ildə Naqatodakı görüşdə də Rusiya Prezidentinin problemi həll etməyə hazır olduğunu hiss edib.

Abe əlavə edib ki, 2018-ci ildə Yaponiya ilə Rusiya arasında sülh müqaviləsinin bağlanmasının qarşısını Ukrayna hadisələrindən sonra Rusiya ilə ABŞ arasında münasibətlərin kəskinləşməsi alıb.

Xatırladaq ki, 2018-ci ilin noyabrında Sinqapurda keçirilən görüşdə Putin və Abe 19 oktyabr 1956-cı il tarixli Sovet-Yaponiya Birgə Bəyannaməsinə əsasən ölkələr arasında sülh müqaviləsi üzrə danışıqları intensivləşdirmək barədə razılığa gəldilər.
 

Azvision.az

ƏVVƏLKİ XƏBƏR

Çin Rusiya məhsullarında koronavirus aşkarladı

SONRAKI XƏBƏR

“Beşiktaş” sabiq hücumçusunu geri qaytardı