KİV: BƏƏ F-35 qırıcılarının alınması üçün ABŞ-a rəsmi müraciət edib

KİV: BƏƏ F-35 qırıcılarının alınması üçün ABŞ-a rəsmi müraciət edib

Bir müddət öncə İsrail ilə “normallaşma” müqaviləsi imzalayan Birləşmiş Ərəb Əmirlikləri F-35 qırıcı təyyarələrini almaq üçün ABŞ-a rəsmi müraciət edib. Ordu.az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi adı açıqlanmayan Amerika rəsmilərinə istinadən məlumat yayıb.

Bildirilir ki, BƏƏ-nin İsrail ilə razılaşmadan bir həftə sonra rəsmi müraciət edib.

ABŞ Müdafiə Nazirliyi və Dövlət Departamentinin rəsmiləri "potensial silah satışı" ilə bağlı açıqlama verməyiblər.

Qeyd edək ki, ABŞ İsrailin regionda üstünlüyünün qorunub saxlanacağına dair zəmanət verib.

 

Mənbə: ordu.az