Fransada Makron-Putin görüşünə görə jurnalistlər istintaqa cəlb olundu

Fransada Makron-Putin görüşünə görə jurnalistlər istintaqa cəlb olundu

Eastnews.org-un verdiyi xəbərə görə, Fransada Rusiya Prezidenti Vladimir Putinlə fransalı həmkarı Emmanuel Makron arasındakı telefon danışığının məzmununu yayımlayan qəzetlərə qarşı istintaq başladılıb.

Fransa Xarici İşlər Nazirliyinin veb saytındakı sual-cavab bölməsində bir jurnalist rus müxalifətçi Aleksey Navalnının zəhərlənməsi iddiası ilə əlaqədar Fransa qəzetlərinin Putin və Makron arasındakı telefon danışıqlarının təfərrüatlarının dərc edilməsinə dair nazirliyin fikirlərini soruşub.

Nazirliyin suala verdiyi yazılı cavabda "Daxili məsələlərə dair məxfi sənədlərin sızdırılması qəbuledilməzdir. Bu səbəbdən şərh verməkdən çəkinirik. İstintaq davam edir. Prezidentin (Makron) məqsədi Rusiya ilə əlaqəli bütün məsələləri, xüsusilə də təhlükəsizliyimizə təsir edən məsələləri danışıqlar yolu ilə həll etməkdir və belə davam edəcək", - deyə bildirilib.

Mənbə: Sputnik

Mənbə: eastnews.org