Əli Kərimlinin ermənilərlə birgə məyus olması

Əli Kərimlinin ermənilərlə birgə məyus olması

Sentyabrın 19-da başlayan və cəmi 23 saat 43 dəqiqə çəkən antiterror əməliyyatı nəticəsində Azərbaycan Qarabağ üzərində nəzarəti tam bərpa etdi. Azərbaycan cəmiyyəti haqlı olaraq bu qələbənin sevincini yaşayır. Cəmi bir gün çəkən antiterror əməliyyatı sayəsində tariximizin qələbə müjdəli daha bir səhifəsi yazıldı. Qərinələr bir-birini əvəz edəcək, əsrlər dəyişəcək, amma bu qələbənin əhəmiyyəti heç vaxt azalmayacaq.

Azərbaycan bu qələbəni beynəlxalq münasibətlər sistemində nizamın pozulduğu gərgin siyasi şəraitdə əldə etdi. Uzun illərdən bəri Azərbaycanı təzyiq altında saxlamağa çalışan, ölkəmizə münasibətdə ikili standartlardan çıxış edən məlum dövlətlərin hədyan dolu bəyanatlarına rəğmən antiterror əməliyyatının keçirilməsi barədə qərar qəbul etmək ciddi siyasi iradənin nəticəsi idi. Bununla Azərbaycan həm də kənar təzyiqə baş əymədiyini və müstəqil siyasət yürütdüyünü növbəti dəfə nümayiş etdirmiş oldu.

Azərbaycanın bu tarixi qələbəsi təkcə erməniləri deyil, həm də onların havadarlarını məyus edib. Son hadisələr fonunda ABŞ, Fransa kimi böyük dövlətlərin idarəçiliyində təmsil olunan şəxslər nə qədər kiçik hisslərlə yaşadıqlarını gizlədə bilmədilər. Təəccüblüsü odur ki, ölkəmizdə də analoji mövqeyi bölüşən, ən azı ermənilər qədər məyus olan siyasi qüvvələr və adamlar var.

Şəksiz, bu cərgədə ön sırada AXCP və onun həmişə alternativsiz "seçilən" sədri Əli Kərimli dayanır. Bu adamın son 5 günlük fəaliyyəti birbaşa antiterror əməliyyatına kölgə salmağa düşmən üzərində əldə olunan qələbəyə kölgə salmağa yönəlib. Əli Kərimlinin də ermənilərlə birgə məyus olduğunu aşkar müşahidə etmək mümkündür.

Əli Kərimli utanmadan soruşur: Azərbaycan antiterror əməliyyatı keçirməklə nəyə nail oldu?

Dünyanın gözü Azərbaycanda olduğu üçün Bakı bəzi məlumatları açıqlamağa tələsmir. Mövcud diplomatik münasibətlər sistemində Əli Kərimlinin deyil, dövlətin ağlı ilə hərəkət etmək lazımdır. Zamanı gələndə dövlət lazım olan məlumatları öz vətəndaşı ilə bölüşəcək.

Əli Kərimli antiterror əməliyyatları nəticəsində Azərbaycanın nəyə nail olduğunu görmək və bilmək istəyirsə, arada sosial şəbəkələrə nəzər salsın. Bu gün Azərbaycan əsgəri öz ailə üzvlərini Xocalıdan salamlayır. Xankəndi hərbçilərimizin ovcunun içindədir. Ağdərədə üçrəngli bayrağımız dalğalanır. Yüzlərlə separatçı ağ bayraq qaldıraraq könüllü şəkildə silahı yerinə qoyub. Xocalı aeroportu dəniz kimi dalğalanır, vaxtilə müxtəlif ölkələrdən Qarabağa köçürülmüş minlərlə erməni ölkəmizin hüdudlarını tərk etməyə can atır. Otuz il əvvəl Qarabağın azərbaycanlı əhalisi üçün qurulmuş çadrlar indi Qarabağın erməni əhalisi üçün qurulur. Tarixi yurd yerlərimiz erməni əsirliyindən azad olub. Hansı ki, onların çoxunun adı yadımızdan çıxmışdı. Bunları görməmək üçün kor olmaq lazımdır.

Bioloji korluq fiziki, siyasi korluq isə əqli qüsurdur. Tərəddüd etmədən Əli Kərimlini ikinci kateqoriyaya aid edə bilərik...

 

Mənbə: yenisabah.az