Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar Fransa təyyarələrinin ölkənin hava məkanından istifadəsinə qadağa qoyub.
Publika.az xəbər verir ki, bu barədə Afrika və Madaqaskar Hava Naviqasiyasının Təhlükəsizliyi Agentliyinin (ASECNA) açıqlamasında bildirilib.
ASECNA-nın bəyanatında deyilir ki, Nigerin hava məkanı “Fransa təyyarələri və ya Fransa tərəfindən icarəyə götürülmüş, o cümlədən “Air France”a məxsus təyyarələr istisna olmaqla, bütün daxili və beynəlxalq kommersiya uçuşları üçün açıqdır”.
Mənbə: publika.az