Birləşmiş Ərəb Əmirliklərinə İrana qarşı fəaliyyət üçün İsraillə sülh lazım deyil.
Axar.az xəbər verir ki, bunu BƏƏ Xarici İşlər naziri Ənvər Qarqaş deyib. Onun sözlərinə görə, İranın son 30 ildəki aqressiv siyasəti bir çox ərəb ölkələrini narahat edib və onları İsraillə münasibətlərə aydın baxışla nəzər yetirməyə məcbur edib:
“Mənim demək istədiyim yeganə şey odur ki, israillilər bu münasibətlərə nə qədər çox strateji baxırlarsa, qapı da onlar üçün bir o qədər çox açılır”.
Mənbə: axar.az