Erməni ictimai xadim: "Paşinyan keçmiş müşavirinin azərbaycanlılarla gizli danışıqlar apardığını inkar etmədi"

Erməni ictimai xadim: "Paşinyan keçmiş müşavirinin azərbaycanlılarla gizli danışıqlar apardığını inkar etmədi"

"Paşinyan buradakı "daxili düşməni" həbs etmək üçün İlham Əliyevdən atəş açmamağı xahiş etdiyini, keçmiş müşavirinin azərbaycanlılarla gizli və ayrıca danışıqlar apardığını inkar etmədi". Ordu.az xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ermənistanın "Hüquqi təhsil və nəzarət" ictimai təşkilatının rəhbəri Arpine Hovhannisyan yazıb.

"Hörmətli qəhrəman, özünə agent axtaran rəhbərlik Milli Təhlükəsizlik Xidməti, siz Ermənistanın Baş naziri vəzifəsini tutan vətəndaş Paşinyanın dediklərində Ermənistan Cinayət Məcəlləsinin heç bir əməlini görmürsünüz? Paşinyan insanların inanmamaq istədiyini təkzib etmədi. O, buradakı "daxili düşməni" həbs etmək üçün İlham Əliyevdən atəş açmamağı xahiş etdiyini, keçmiş müşavirinin azərbaycanlılarla gizli və ayrıca danışıqlar apardığını inkar etmədi. O, bunu konfidensial informasiya sızıntısı adlandırdı", - deyə Hovhannisyan qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az