“Baş Prokurorun ön xətdəki hərbi hissələrə səfəri bir daha onu göstərir ki...”

“Baş Prokurorun ön xətdəki hərbi hissələrə səfəri bir daha onu göstərir ki...”

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevintapşırığına əsasən Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev,Respublika Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev və Müdafiənazirinin müavini general-leytenant Kərim Vəliyev cəbhəboyu zonada yerləşən hərbihissələrdə olublar. Görüş zamanı generallar ön xətdəki hərbçilərimizin xidmət şəraitiilə tanış olub, dövlətimizin orduya olan diqqət və qayğısından bəhs edib. Başprokuror Kamran Əliyev hərbi qulluqda fərqlənənhərbçilərə qiymətli hədiyyələr verib.

Xatırladaq ki, xeyli müddətdirki, istər Müdafiə Nazirliyinin, istər Prezident Administrasiyasının, istərsə də digər qurumların ali yetkililərinin ön xəttəsəfərləri mütəmadi hal almaqdadır.

 

Bu səfərlər dövlətimizinorduya diqqət və qayğısının daha bir nümunəsi kimi dəyərləndirilə bilərmi? Bu cürsəfərlər hərbçilərə mənəvi baxımdan stimul vermək, onlarla həmrəylik sərgiləmək,əsgərlərin mənəvi və psixoloji əhval-ruhiyyəsini daim yüksək tutmaq baxımındannə dərəcədə əhəmiyyətlidir?

 

Moderator.az-a açıqlamaverən millət vəkili Elman Məmmədov bu cür səfərlərin bir çox baxımdan mühüm önəmkəsb etdiyini vurğuladı:

 

“Təbii ki, bu kimi səfərlərbir daha dövlətimizin, ölkə prezidentinin ordumuza, əsgərlərimizə olan diqqət vəqayğısını əks etdirir. Bu, həm də xalqımızın orduya olan münasibətidir. Başprokurorun ön xəttə səfəri də bu baxımdan mühüm önəm kəsb edir. Ali başkomandanımız başda olmaqla, orduya belə diqqətin göstərilməsi, ali vəzifəli,ali rütbəli şəxslərin vaxtaşırı hərbi hissələrə baş çəkməsi, əsgərlərimizinyanında olması, vətəndaşlarımızın orduya olan sevgi dolu münasibəti belə bir məşhurşüarı yada salır: “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!”

Azərbycan xalqının uzunillərdir ki, gözlədiyi bir gün var. Bu da Qələbə günüdür. Biz uzun illərdir ki,bu günü, bu xəbəri gözləyirik. Hərbi hissələrə edilən səfərlər də, keçiriləngörüşlər də, hərbi büdcənin ildən-ilə artırılması da, ehtiyatdakı hərbi vəzifəlilərintəlimlərə cəlb edilməsi də - bri sözlə, hər şey qələbə üçündür. Dövlətimiz hərşeyi məhz işğaldakı torpaqların azad edilməsi məqsədi ilə edir. Məqsəd düşmənüzərində qələbə çalmaq, xalqımızı, dostlarımızı sevindirməkdir.

Hesab edirəm ki, ali rütbəlişəxslərin ön xəttə səfərləri də cənab prezidentimizdən götürülən nümunədir,onun tapşırığı ilə həyata keçirilir və bu səfərlər alqışlanmalıdır. Hər bir Azərbaycanvətəndaşı ordumuzu sevməli, onun daha da möhkəmlənməsi üçün əlindən gələni etməlidir”.

 

Seymur ƏLİYEV

 

 

Mənbə: moderator.az