Paşinyan Qarabağdakı erməni hərbçilərinin ölmüş ruhunu qaldırmaq üçün rüşvətə də əl atdı - “Paşinyansayağı rüşvət”...

Paşinyan Qarabağdakı erməni hərbçilərinin ölmüş ruhunu qaldırmaq üçün rüşvətə də əl atdı  - “Paşinyansayağı rüşvət”...

Akif Nağı: “...bu cür xırda - “Paşinyansayağı rüşvət”lə əsgərləri “ruhlandırmağa” çalışır”

Ermənistan ordusunda mövcud problemlər, əsgərlərin aclıq-səfalət içində olması, eləcə də uzun illərdən yığılıb qalan saysız çətinlik göz qabağındadır. Fakt budur ki, Ermənistan ordusunun əsgərlərində ciddi ruh düşkünlüyü var və bu ruh düşkünlüyü nəticəsində də orduya sevgisizlik, laqeyd münasibət günü-gündən daha da dərinləşməyə başlayır.

Paşinyan hökuməti isə Ermənistan ordusunda olan bu vəziyyəti düzəltmək üçün dəridən-qabıqdan çıxır. Əvvəllər ordudan qaçan, buradakı cəhənnəmdən xilas olmaq üçün cəhdlər edən əsgərləri saxlamaq üçün zorakı üsullardan istifadə edilirdisə, indi Paşinyan yeni üsula əl atıb. Söhbət “Paşinyansayağı rüşvət”dən gedir. Paşinyan hökuməti işğal altındakı Azərbaycan torpaqlarında öz əsgərini onlara rüşvət verməklə saxlayır. Yəni əsgərlər xidmət etmək istəmirlər, onların valideynləri deyirlər ki, bura bizim torpağımız deyil və övladımız başqasının torpağına görə niyə canından keçməlidir?

Qeyd etdiyimiz kimi, Paşinyan hökuməti Ermənistan ordusunun əsgərlərini ruh düşkünlüyündən xilas etmək üçün rüşvətə əl atır. Belə ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Onik Qasparyan Azərbaycan-Ermənistan təmas xəttində yerləşən hərbi hissələrin birində olub. Cəbhə xəttində xidmət edən əsgərlərlə görüşən O.Qasparyan onlara “simvolik hədiyyələr”, daha dəqiq desək, rüşvət təqdim edib.

Bu gün ermənilərin uzun müddətdir ört-basdır etməyə çalışdığı bu məsələ artıq gündəmə çıxarılıb və etiraf edilib ki, Ermənistan ordusunun əsgərləri arasında mənəvi-psixoloji durum çox pis vəziyyətdədir.

“Ermənistan cəmiyyətində də, ordusunda da ciddi mənəvi-psixoloji böhran yaşanır”

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı baki-xeber.com-a bildirdi ki, Ermənistan ordusunda baş verən bu fakt və işğalçı ölkənin ordusunun vəziyyəti bütün dünyaya məlumdur. “Ermənistan ordusunda baş verənlər haqda qonşu ölkələr də, beynəlxalq təşkilatlar da xəbərdardırlar. Ermənistanın da daxilində yaxşı bilinir ki, Azərbaycanın müharibə hazırlıqları onları çox ağır duruma, çıxılmaz vəziyyətə salıb. Məsələ burasındadır ki, müstəqil dövlət olmayan, vassal dövlət sayılan Ermənistanın cəmiyyətində də, ordusunda da ciddi mənəvi-psixoloji böhran yaşanır, ruh düşkünlüyü özünü qabarıq şəkildə göstərir. Onlar qorxu içindədirlər. Ermənilər övladlarını ordudan yayındırmağa çalışırlar. Dövlət bunu rəsmən açıqlamasa da, ictimaiyyət özü sosial şəbəkələrdə, başqa yerlərdə bu barədə açıq danışır. Ermənistan ordusunda ruh düşkünlüyü, mənəvi-psixoloji böhran adi bir hala çevrilib. Heç bir əsgər posta çıxmaq, ön cəbhədə görünmək istəmir. Əsgərlər öz komandirlərinə böyük rüşvət vermək müqabilində posta çıxmaqdan yayınmağa çalışırlar. Ermənilər elə bir məxluqdurlar ki, onların əlindən yalnız belə şeylər gəlir. Paşinyan hökumətinin hər şeydən əli üzüldüyü üçün, indi də əsgərləri orduda rüşvət vermək yolu ilə saxlamağa çalışırlar. Çünki başqa üsullar artıq effekt vermir. Dünya müharibə tarixindən də yaxşı məlumdur ki, muzdlu ordu necə döyüşür, xalqın içindən çıxan real ordu necə döyüşür. Bütün tarix boyu muzdlu əsgərlərə heç vaxt etibar edilməyib. Çünki həmişə dar məqamda onlar döyüş meydanını tərk ediblər. Həmişə belə olub. Ermənilər özləri böyük muzdlu ordu yarada bilmirlər, baxmayaraq ki, xarici ölkələrdən xeyli sayda muzdlu döyüşçü gətiriblər. Bu gün Paşinyan hökuməti ölkə daxilindəki vətəndaşların orduda qalması, xidmət etməsi üçün rüşvətə əl atır. Düzdür, Paşinyanın əsgərləri orduda saxlamaq üçün böyük məbləğdə rüşvət vermək imkanları yoxdur, bu cür xırda - “Paşinyansayağı rüşvət”lə əsgərləri “ruhlandırmağa” çalışır. Bir azdan yəqin ki, əsgərlərə verilən rüşvətin məbləğini də artıracaqlar, xaricdəki varlı ermənilər də əsgərə rüşvətvermə prosesinə cəlb ediləcək ki, əsgərlər rüşvətə şirnikib orduda qalsınlar”.

Ermənistan ordusundakı əsgərlərin də xeyli hissəsinin müqavilə əsasında xidmət etdiyini deyən A.Nağının sözlərinə görə, burada pulsuz xidmət edənlər azdır. “Bu onların ordusunun vəziyyətini göstərir, oradakı vəziyyət get-gedə pisləşəcək. Ermənistan başından böyük işə baş qoşub, özləri heç nə ola-ola Azərbaycan kimi güclü bir dövlətin torpaqlarını havadarlarının dəstəyilə işğal ediblər. Eyni zamanda, bu gün Türkiyə kimi böyük bir dövlət Azərbaycanın yanındadır, Ermənistan da özünə bir müttəfiq tapa bilmir, öz gücünə söykənməyə məcburdur, orada da güc yoxdur. Ermənistan ordusu heç vaxt döyüşməklə fərqlənməyib” - deyə A.Nağı bildirdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com