Ərdoğan rəqib-dövlətlərə Osmanlının möhtəşəm dəniz qələbəsini xatırladıb

Ərdoğan rəqib-dövlətlərə Osmanlının möhtəşəm dəniz qələbəsini xatırladıb

"Dünyada hərbi gəmilərini milli imkanları ilə inşa edən və saxlaya bilən 10 ölkədən biri olaraq Aralıq Dənizini qorumaq, dostlarımızın təhlükəsizliyini təmin etmək və haqlarımıza göz dikənləri çəkindirmək üçün Dəniz Qüvvələrimizi gücləndirməyə davam edirik"

BAKI, 26 sentyabr — Sputnik. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Preveze dəniz qələbəsinin ildönümü və Dəniz Qüvvələri Günü münasibətilə açıqlama verib.

Sputnik Azərbaycan "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Ərdoğan, Xeyrəddin Barbarossanın komandanlığı altında Osmanlı donanmasının 1538-ci ildə dənizdəki Preveze döyüşündə xaçlı donanmasına qarşı qazandığı zəfərin Türk dəniz tarixinin ən əhəmiyyətli dönüş nöqtələrindən biri olduğunu söyləyib.

Ərdoğan Preveze dəniz qələbəsi ilə Osmanlı imperiyasının Aralıq dənizindəki hakimiyyətini gücləndirdiyini və türk donanmasının gücünü bütün dünyaya göstərdiyini vurğulayıb.

O bildirib ki, tarix dənizçilərimizin hökm sürdüyü bütün dənizlərdə sülhün, əmin-amanlığın və ədalətin hökm sürdüyünü qeyd edib: "Preveza dəniz qələbəsi kimi şərəfli qələbələrlə dolu bir tarixə sahib olan Dəniz Qüvvələrimizin bu böyük irsi möhkəmləndirərək gələcəyə daşıması ilə qürur duyuruq. Dünyada və xüsusilə Aralıq dənizində baş verən son hadisələr bizə göstərir ki, hər sahədə olduğu kimi dənizlərdə də daha güclü olmalıyıq. Aralıq Dənizini qorumağın nə qədər vacib olduğunu bildiyimiz üçün güclü iradə və sarsılmaz inamla dənizlərimizdə hüquq və maraqlarımızı qorumağa davam edirik".

"Bu gün dünyada öz hərbi gəmilərini milli imkanları ilə dizayn, inşa edən və saxlaya bilən 10 ölkədən biri olaraq Aralıq Dənizini qorumaq, dostlarımızın təhlükəsizliyini təmin etmək və haqlarımıza göz dikənləri çəkindirmək üçün Dəniz Qüvvələrimizi gücləndirməyə davam edirik"-deyə Ərdoğan bildirib.

Qeyd edək ki, Preveze dəniz döyüşü — 28 sentyabr 1538-ci ildə Yunanıstanın şimal-qərbindəki Prevezedə Osmanlı donanması və Papa III Pavelin səyləri ilə toplanan səlib donanması arasında baş vermiş dəniz döyüşüdür. Döyüşdə Xeyrəddin Barbarossanın əmrindəki Osmanlı donanması, admiral Andrea Dorianın əmrindəki səlib donanmasını məhv etdi. Bu dəniz müharibəsi nəticəsində Aralıq dənizində Osmanlı donanmasına müqavimət göstərə biləcək donanma qalmadı və Aralıq dənizində türk hakimiyyəti başlamış oldu.

Mənbə: sputnik.az