Paşinyan komandasını növbədənkənar seçki ilə təhdid edir

Paşinyan komandasını növbədənkənar seçki ilə təhdid edir

Ermənistan Baş naziri Nikol Paşinyan öz komandasını növbədənkənar seçki ilə təhdid edir.

Axar.az xəbər verir ki, bu məlumatı “Qraparak” qəzeti yayıb.

“Paşinyan deputatlara anlamağa imkan verdi ki, əgər yaxın zamanlarda onlar itaətsizlik prosesini davam etdirsələr, o özünə lazım olan fraksiyanın formalaşması və özünü doğrultmayanlardan yaxasını qurtarmaq üçün növbədənkənar seçkinin keçirilməsinə qərar verəcək. Paşinyan hesab edir ki, fraksiyanın 88 deputatından 80%-i öz mandatlarını məhz onun sayəsində əldə ediblər", - deyə qəzet yazıb.

Mənbə: axar.az