İranda bütün dini tədbirlər ləğv edildi - Ruhani

İranda bütün dini tədbirlər ləğv edildi - Ruhani

İranda koronavirusla əlaqədar bütün dini tədbirlər ləğv edilib.

Axar.az xəbər verir ki, bunu İran Prezidenti Həsən Ruhani deyib.

“Qərara alınıb ki, bu il yürüş, hətta İraqa səfər olmayacaq. Belə ki, İraq hökuməti də bu il zəvvarları qəbul edə bilməyəcəyini açıqlayıb. İran Ali dini liderinin nümayəndələri də dini təbirlərin evdə keçirilməsiylə bağlı dəqiq tapşırıq veriblər”, - deyə o bildirib.

Mənbə: axar.az