Ermənistan 2020-ci il qış hərbi çağırışını və tərxisini elan etmək haqqında qərar layihəsi təqdim edib

Ermənistan 2020-ci il qış hərbi çağırışını və tərxisini elan etmək haqqında qərar layihəsi təqdim edib

Ermənistan hökuməti sıravi heyətin məcbur hərbi xidmətinin 2020-ci il qış hərbi çağırışını və tərxisini elan etmək haqqında qərar layihəsi təqdim edib. Ordu.az “Jamanak” nəşrinə istinadən xəbər verir ki, layihəyə əsasən, hərbi çağırış 2020-ci il dekabrın 1-dən 2021-ci il yanvarın 31-nə qədər, tərxis isə 2021-ci il yanvarın 7-dən 2021-ci il fevralın 14-nə qədər baş tutacaq.

Bənzər tərxis müddəti o deməkdir ki, bəzi hərbi qulluqçular nəzərdə tutulmuş 2 ildən bir az artıq xidmət edəcəklər.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az