Makareviç: Lukaşenko özü öz qəbrini qazdı

Makareviç: Lukaşenko özü öz qəbrini qazdı

Əgər Lukaşenko səmimi qəlbdən güman edirsə ki, hər gün küçələrə çıxan yüz minlərlə insan Dövlət Departamentinin sponsorluq etdiyi narkomanlardır, o zaman o, həkimə getməlidir.

Axar.az xəbər verir ki, bunu rusiyalı musiqiçi Andrey Makareviç deyib.

“Əminəm ki, Lukaşenko özü və ya dostları özləri öz qəbirlərini qazıblar. Mən onun məxfi inauqurasiyası haqqında eşidəndə başa düşdüm ki, bunu şərh etməyə sözüm yoxdur”, - deyə o bildirib.

Mənbə: axar.az