“Çörəksiz də, susuz da qala bilərik, amma Qarabağsız əsla!”

“Çörəksiz də, susuz da qala bilərik, amma Qarabağsız əsla!”

Cahangir Məmmədli: “Bu gün sözdən daha güclü “silah” yoxdur və biz bu “silahdan” düzgün istifadə etməliyik”

“Bizim həyatımızda, bizimdünyamızda, bizim içimizdə Qarabağdan daha ciddi problem yoxdur və ola da bilməz”.

Bunu Moderator.az-aaçıqlamasında BDU-nun Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasınınmüdiri, professor Cahangir Məmmədli bildirib. Profesor qeyd edib ki,hər bir vətəndaş Qarabağ uğrunda mübarizədə yer almalı, bu mübarizəyə öz töhfəsiniverməlidir:

“Biz ac qala bilərik,susuz qala bilərik, amma Qarabağsız qala bilmərik. Mən bütün mətbuatı, sosial şəbəkələrinhər bir iştirakçısını vətən uğrunda mübarizəyə səsləyirəm. Hər bir vətəndaş bumüqəddəs mübarizədə iştirak etməli, bu mübarizəyə öz töhfəsini verməlidir”.

C.Məmmədli bu məsələdəmedianın, eləcə də televiziyaların üzərinə böyük iş düşdüyünü vurğulayıb:

“Bu gün dünyamızda sözdəngüclü “silah” yoxdur və biz media nümayəndələri olaraq bu “silahdan” düzgün,yerində istifadə etməliyik. Bu məsələdə hər bir jurnalistin, media orqanının,eləcə də televiziyanın üzərinə mühüm iş düşür. Bizim bir an belə olsun Qarabağuğrunda apardığımız mübarizəni yaddan çıxarmağa haqqımız yoxdur. Atdıımız həraddım da məhz bu mübarizəyə, düşmən üzərindəki qalibiyyətə hesablanmalıdır”.

Mənbə: moderator.az