Yunanıstanın Fransadan döyüş təyyarələri və sursatlar alması ilə bağlı bəzi təfərrüatlar məlum olub

Yunanıstanın Fransadan döyüş təyyarələri və sursatlar alması ilə bağlı bəzi təfərrüatlar məlum olub

Yunanıstanın Fransada yerləşən “Dassault Aviation” şirkətindən satın alacağı 18 ədəd döyüş təyyarəsi və müxtəlif sursatlardan ibarət paketin təfərrüatları məlum olub. Ordu.az xəbər verir ki, “LaTribune” nəşrinin əldə etdiyi məlumata görə; Yunanıstan “F3R” konfiqurasiyasında 18 ədəd “Rafale” döyüş təyyarəsi alacaq.

Nəşr yazır ki, Yunanıstan bunun üçün 2 milyard avroya ödəyəcək, bunun 1.7 milyard avrosu döyüş təyyarələrinə, 300 milyon avro isə döyüş təyyarələrində istifadə ediləcək sursata ödəniləcək. Fransa tərəfindən Yunanıstan Hava Qüvvələrinə təhvil veriləcək təyyarələrin 6-sı yeni, 12-si ikinci əl olacaq.

Noyabr ayında təsdiq edilməsi planlaşdırılan müqavilə döyüş təyyarələrinə əlavə olaraq tədarük ediləcək sursat baxımından da böyük əhəmiyyət daşıyır. Avropada yerləşən MBDA raket şirkəti 300 milyon avro qiymətində Yunanıstanın Rafale döyüş təyyarələri üçün müxtəlif sursatlar tədarük edəcək.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az