Düşməni məhv edəcək kiberorduya sahibik - London

Düşməni məhv edəcək kiberorduya sahibik - London

Böyük Britaniya kiberhücum gerçəkləşdirmək, taktiki və ya strateji qarşıdurmada potensial düşmənin infrastruktrunu dağıtmaq üçün lazımi imkanlara sahibdir.

Axar.az xəbər verir ki, bunu Britaniya Silahlı Qüvvələrinin Strateji Komandanlığının rəhbəri general Patrik Sanders deyib. Onun sözlərinə görə, Baş nazir Boris Conson krallığın kiberməkanda fərqli fəaliyyətlər gerçəkləşdirmək üçün geniş imkanlara sahib olmasını vacib hesab edir:

“Bu sferada birinci sinif milli potensialı biz Hökumət Əlaqələri Mərkəzi ilə sıx qarşılıqlı fəaliyyətlə təmin edirik. Bizə zərər vuranların önəmli resurslarını və infrastrukturunu məhv etmək və sıradan çıxarmaq imkanına sahibik. Bu, həm strateji, həm də taktiki hədəflərə aiddir”.

Mənbə: axar.az