Rusiya mediası da Azərbaycanın Qarabağda əks-hücum əməliyyatına başladığını yazdı

Rusiya mediası da Azərbaycanın Qarabağda əks-hücum əməliyyatına başladığını yazdı

Azərbaycan Müdafiə Nazirliyi Silahlı Qüvvələrin bazar günü Qarabağdakı bütün cəbhə xətti boyunca əks-hücum əməliyyatına başladığını bildirib.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı RİA Novosti agentliyi yayıb.

Azərbaycan Müdafiə Nazirliyi ölkənin hava qüvvələrinə məxsus bir helikopterin vurulduğunu elan edib, heyət üzvləri sağdır.

Bazar günü əvvəl Azərbaycan Müdafiə Nazirliyi Ermənistan Silahlı Qüvvələrinin Qarabağdakı təmas xəttindəki yaşayış məntəqələrini atəşə tutduğunu, bu məlumatlara görə, öldürülən mülki şəxslərin olduğunu söyləyib.

Tanınmamış Dağlıq Qarabağ Respublikası “prezidenti”nin mətbuat katibi Vəhram Poqosyan işğal bölgələrində yaşayan əhalini gizlənməyə çağırıb.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az