Erməni nazir Minsk Qrupunun həmsədrlərinə yalvardı – Ordumuz əks-hücuma keçdi

Erməni nazir Minsk Qrupunun həmsədrlərinə yalvardı – Ordumuz əks-hücuma keçdi

Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə əlaqə saxlayır.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Anna Naqdalyana istinadən yayıb.

Qeyd edək ki, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri işğal bölgələrinin təmas xəttində yerləşən Azərbaycan kəndlərini atəşə tutub. Dinc əhali arasında xəsarət alanların olduğu deyilir.

Azərbaycan ordusunun isə bütün cəbhə boyu əks-hücuma keçdiyi haqda rəsmi məlumat verilib.

Haşiyə: Mnatsakanyanın həmsədrlərlə “əlaqə saxlamaqda” yeganə məqsədi yalvarmaqla bütün cəbhə boyu Azərbaycan ordusunun əks-hücum əməliyyatının qarşısını almaqdır.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az