Yəmən hökuməti və üsyançılar arasında 1000-ə yaxın məhbusların dəyişdirilməsi barədə razılıq əldə olunub

Yəmən hökuməti və üsyançılar arasında 1000-ə yaxın məhbusların dəyişdirilməsi barədə razılıq əldə olunub

Yəmən hökuməti və Husi üsyançıları 1000-ə yaxın məhbusların dəyişdirilməsinə razılıq verib.

Eurasia Diary Anadolu Agentliyinə istinadən xəbər verir ki, hər iki tərəfin nümayəndələri İsveçrənin paytaxtı Cenevrədə görüşüblər və 1008 nəfər məhbusun dəyişdirilməsinə qərar veriblər.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı əsgərlərinin də bu siyahıya əlavə olunduğu bildirilir, lakin tam dəqiq informasiya hələki yoxdur.

Mənbə: ednews.net