Millət vəkili: “Cəbhə ərazilərində böyük ruh yüksəkliyi var”

Millət vəkili: “Cəbhə ərazilərində böyük ruh yüksəkliyi var”

“Cəbhə ərazilərində böyük ruh yüksəkliyi var. Cəbhə rayonlarında sakitçilikdir. Digər ərazilərlə müqayisədə Tovuzda sakitçilik hökm sürür”.

Bu fikirləri Qazet.az-a açıqlamasında millət vəkili Arzu Nağıyev səsləndirib. Arzu Nağıyev bildirib ki, Ermənistanın bu təxribata əl atacağı məlum idi.

“Cənab Prezidentin çıxışında eləcə də Hikmət Hacıyevin çıxışında bir daha vurğulandı ki, çox dəqiq və dürüst məlumatlar əldə edilmişdi ki, ermənilər bu təxribata əl atacaqlar. Cənab prezidentin BMT-nin 75-ci illiyi ilə bağlı çıxışında da bu faktların həqiqət olduğu, ermənilərin bu addımı atacaqları ilə bağlı çox dəqiq məlumatların olduğu bu gün öz təsdiqini tapır. Bu gün ermənilər təxribata əl atdı. Dinc əhali arasında və hərbidə itkilərimiz dəqiqləşdirilir. Ermənilərə də layiqli cavablar verdik. Onlar müharibə istəyirlərsə layiqli cavablarını alacaqlar”, – deyə millət vəkili bildirib.

Mənbə: qazet.az