Ermənistanda hərbi vəziyyət və səfərbərlik ELAN OLUNDU

Ermənistanda hərbi vəziyyət və səfərbərlik ELAN OLUNDU

Ermənistan baş naziri Nikol Paşinyan Milli Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, iclasdan sonra hökumətin iclası baş tutub. Ermənistan hökuməti hərbi vəziyyət və səfərbərlik elan edib.

Yerli mətbuat təmas xəttində Ermənistan Ordusunun ciddi itkilər verdiyini və səfərbərliyin məhz bu itkilərin yerini doldurmaq məqsədilə aparılacağını yazır. 

Mənbə: modern.az