Milli  Vəhdət  Partiyasının sədri Yunus  Oğuz: "Ali  Baş  Komandanın əmrinə  hazırıq!"

Milli  Vəhdət  Partiyasının sədri Yunus  Oğuz: "Ali  Baş  Komandanın əmrinə  hazırıq!"

Xəbər verildiyi kimi Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Son məlumatlara görə Ermənistan təşviş içindədir və artıq ölkədə etiraz səsləri də eşidilir.Azərbaycanda isə ayrı-ayrı siyasi qüvvələr, fərdi vətəndaşlar Azərbaycan Ordusuna, Ali Baş Komandan İlham Əliyevə dəstək bəyanatları verirlər.

Milli Vəhdət Partiyasının sədri, "Olaylar" İnformasiya Agentliyinin rəhbəri Yunus Oğuz bildirib ki , indi ölkənin, dövlətin çox həssas məqamıdır. İndi siyasi, mənəvi və əqidə mövqeyi yalnız dövlətin və onun rəhbəri, Ali Baş Komandan İlham Əliyevin istiqamətə yönəlməli, siyasi mənsubiyyətindən asılı olmayaraq hamı onun ətrafında birləşməlidir. Yunus Oğuz bildirib ki, həm partiya rəhbəri, həm media kapitanı, həm də sıravi vətəndaş kimi Ali Baş Komandanın əmrinə hazırdır! Biz birlikdə güclüyük!

Mənbə: olaylar.az