Litva və Latviya xarici işlər nazirləri Azərbaycan və Ermənistana səsləndi: “Gərginliyi azaldın”

Litva və Latviya xarici işlər nazirləri Azərbaycan və Ermənistana səsləndi: “Gərginliyi azaldın”

Litva və Latviya xarici işlər nazirləri – Linas Linkevişyus və Edgars Rinkeviçs Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilən Azərbayca torpağında gedən müharibədən narahat olduqlarını bildiriblər.

KONKRET.az xəbər verir ki, bu haqda hər iki diplomat Tvitterdə yazıb.

“Biz Azərbaycanla Ermənistan arasındakı həyəcanverici hadisələri çox yaxından izləyirik. Gərginliyin azaldılmasına ciddi şəkildə çağırıram. Münaqişəni həll etməyin yeganə yolu sülh yoludur” deyə Linkeviçyus bildirib..

“Dağlıq Qarabağdakı təmas xətti boyunca çox həyəcanverici hadisələr baş verir. Mən Azərbaycan və Ermənistanı vəziyyəti gərginləşdirməməyə və mövcud vəziyyəti siyasi dialoq yolu ilə həll etməyə çağırıram”. Rinkeviçs belə yazıb..

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az