Rusiya Dağlıq Qarabağda münaqişənin alovlanmasına reaksiya verdi

Rusiya Dağlıq Qarabağda münaqişənin alovlanmasına reaksiya verdi

“Heç bir münaqişə döyüş meydanında həll olunmalı deyil” söyləyən senator Qarabağ münaqişəsinin tərəflərini danışıqlara dəvət edib

BAKI, 27 sentyabr — Sputnik. Dağlıq Qarabağda münaqişə tərəfləri atəşi dayandıraraq danışıqlar masası arxasına əyləşməlidirlər.

Sputnik Azərbaycan bildirir ki, bunu RİA Novosti-yə Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin birinci müavini Vladimir Cabbarov deyib.

“Hər şeyi danışıqlar masasına daşımaq lazımdır, atəş dayandırılmalıdır”, - deyən Cabbarov xatırladıb ki, vəziyyətin tənzimlənməsi üçün regionda ATƏT-in Minsk qrupu var.

Onun sözlərinə görə, heç bir münaqişə döyüş meydanında həll olunmamalıdır.

Ermənistan Silahlı Qüvvələri sentyabrın 27-də səhər saatlarına Azərbaycanın yaşayış məntəqələrini atəşə tutub. Mülki şəxslər arasında itki və yaralılar var. Azərbaycan ordusunun komandanlığı əks-hücum qərarı verib.

Mənbə: sputnik.az