Paşinyan təcili iclas keçirəcək - Azərbaycana qarşı ehtiyat ordu yaradır

Paşinyan təcili iclas keçirəcək - Azərbaycana qarşı ehtiyat ordu yaradır

Tezliklə Ermənistan Təhlükəsizlik Şurasının iclası keçiriləcək, bundan sonra Ermənistan hökuməti hərbi vəziyyət elan edilməsini və qismən səfərbərlik məsələsini müzakirə edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Ermənistanın baş naziri Nikol Paşinyan Facebook səhifəsində yazıb.

Qeyd edək ki, bu gün səhər tezdən erməni ordusu işğal edilən Dağlıq Qarabağın təmas xəttində yerləşən Azərbaycan kəndlərini atəşə tutub. Nəticədə ordumuz bütün cəbhə boyu əks-hücuma keçib.

Haşiyə: Ermənistan ehtiyat ordu yaratsa da Azərbaycan Prezidenti İlham Əliyevin bir az əvvəl canlı yayımda dediyi kimi ZƏFƏR BİZİM OLACAQ!

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az