Qarabağdakı döyüşlər nəticəsində on erməni hərbçi öldü - Samvel Babayan

Qarabağdakı döyüşlər nəticəsində on erməni hərbçi öldü - Samvel Babayan

Qondarma rejimin “Təhlükəsizlik Şurası”nın katibi Samvel Babayan bu gün jurnalistlərlə görüşü zamanı deyib ki, Azərbaycanın Dağlıq Qarabağ istiqamətində başlatdığı döyüş əməliyyatları nəticəsində Ermənistan Silahlı Qüvvələrinin on hərbçisi öldürülüb.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

“On hərbçi öldürülüb” deyib Samvel Babayan.

O, ölənlər haqda əlavə məlumatların günün sonunda yayımlanacağını bildirib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az