Azərbaycanın əhalisinə zərbələr endirilməsi 1941-ci il 22 iyun günün xatırladır - Rusiyalı ekspert

Azərbaycanın əhalisinə zərbələr endirilməsi 1941-ci il 22 iyun günün xatırladır - Rusiyalı ekspert

Bazar günü səhər tezdən Ermənistan ordusunun Azərbaycanın dinc əhalisinə raket-artilleriya zərbələri endirməsi mənə istər-istəməz 1941-ci il 22 iyun günün xatırladır. O vaxt Hitler Almaniyasının qoşunları eynilə indiki kimi - istirahət günü, xaincəsinə və müharibə elan etmədən Sovet İttifaqına hücum etmişdi. Hərçənd, nasist Qaregin Njdenin ideyasının davamçılarının başqa cür hərəkət edəcəyini gözləməyə dəyməz.

Lent.az bildirir ki, rusiyalı politoloq Oleq Kuznetsov bu fikirləri AZƏRTAC-a müsahibəsində söyləyib.

Rusiyalı ekspert deyib: “Tarix göstərir ki, nasizm və faşizm hansı milli zəmində formalaşmasından və inkişaf etməsindən asılı olmayaraq həmişə və hər yerdə nifrət, təcavüz və müharibə yolu seçir. 2020-ci il sentyabrın 27-də, bazar günü səhər tezdən baş verənlər gec-tez olmalı idi, çünki bu, müasir Ermənistanda illər boyu yaradılan və mövcud olan açıq-aşkar nasist rejimin mahiyyətinin qanunauyğun ifadəsidir.

Rusiyalı ekspert deyib: “Azərbaycan öz ərazisində və özünün ərazi bütövlüyü uğrunda müharibə aparmağa məcbur edilib, onun müharibəsi düzgün və ədalətlidir. Ümidvaram ki, bu müharibə ölkənin ən yeni tarixinə “Azadlıq müharibəsi”, hətta “Vətən müharibəsi” adı ilə düşəcək və dünya tarixində bu cür müharibələrin hamısı kimi o da zəfərlə başa çatacaq. Mən Azərbaycan xalqına qələbə, Azərbaycan ordusuna rəşadət arzu edirəm.

Mənbə: lent.az