Yavuz Selim Kıran: İşğalçı Ermənistanın təxribat xarakterli hücumları onun çarəsizliyinin göstəricisidir

Yavuz Selim Kıran: İşğalçı Ermənistanın təxribat xarakterli hücumları onun çarəsizliyinin göstəricisidir

İstanbul, 27 sentyabr, AZƏRTAC

Biz Azərbaycanla bir millət, iki dövlətik, amma yeri gələndə “Bir millət, bir dövlət” anlayışı ilə bir-birimizə bağlanırıq.

AZƏRTAC xəbər verir ki, bu fikir Türkiyənin Xarici İşlər nazirinin müavini Yavuz Selim Kıranın sosial şəbəkələrdəki paylaşımında əksini tapıb.

Nazir müavini vurğulayıb ki, işğalçı Ermənistanın təxribat xarakterli hücumları onun çarəsizliyinin göstəricisidir.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Mənbə: azertag.az