Düşmən Qarabağdakı bölmələrimizə zərbələr endirdi, itkilər var - Ermənistan Müdafiə Nazirliyi

Düşmən Qarabağdakı bölmələrimizə zərbələr endirdi, itkilər var - Ermənistan Müdafiə Nazirliyi

Düşmən Dağlıq Qarabağdakı hərbi hissələrə zərbələr endirib, itkilərimiz var.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan Ermənistan hökumətindəki brifinqdə bəyan edib.

“Bir çox yerdə düşmən hədəflərimizə qarşı raket və hava zərbələri endirib. Dağıntılar və itkilər var. Konkret məlumatları əlavə olaraq təqdim edəcəyik” deyib.

Yaxın gələcəkdə Baş nazir Nikol Paşinyanın ümumi səfərbərlik qərarı ilə bağlı təfərrüatların veriləcəyini sözlərinə əlavə edib.

Xatırladaq ki, sentyabrın 27-də səhər saatlarında Azərbaycan ordusu ermənilərin kəndlərimizi atəşə tutduqlarına cavab olaraq bütün cəbhə boyunca ək-hücuma keçib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az