Prezident: Bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir

Bakı, 27 sentyabr, AZƏRTAC

İşğal edilmiş torpaqlarda bu yaxınlarda keçirilmiş hərbi təlimlər Ermənistanın növbəti təxribatı sayılmalıdır. Çünki bu təlimlərin bir məqsədi var: Azərbaycana hücum etmək, mülki əhalini atəşə tutmaq və yeni torpaqları işğal etmək! Sadaladığım bütün faktlar bir daha onu göstərir ki, bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində bildirib.

Dövlətimizin başçısı deyib: “Azərbaycan heç bir təxribata əl atmamışdır. Azərbaycan sadəcə olaraq öz maraqlarını müdafiə edir, öz mövqeyini dəstəkləyir və öz siyasətini alnıaçıq aparır. Biz dəfələrlə bəyan etmişik ki, Dağlıq Qarabağ əzəli tarixi Azərbaycan torpağıdır və bu, həqiqətdir. Ermənistanın baş naziri deyəndə “Qarabağ Ermənistandır”, bu, yalandır. Mən deyəndə ki, “Qarabağ Azərbaycandır”, bu, həqiqətdir. Bütün dünya Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır”.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Yavuz Selim Kıran: İşğalçı Ermənistanın təxribat xarakterli hücumları onun çarəsizliyinin göstəricisidir

SONRAKI XƏBƏR

Xankəndində SON VƏZİYYƏT: ermənilər qaçır