Hulusi Akar: Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanındayıq

Bakı, 27 sentyabr, AZƏRTAC

Ərazi bütövlüyünün bərpası uğrunda mübarizədə sona qədər azərbaycanlı qardaşlarımızın yanında olacağıq. Ermənistanın xain hücumlarını qınayırıq.

AZƏRTAC Anadolu agentliyinə istinadla xəbər verir ki, bunu Türkiyə Respublikasının Milli Müdafiə naziri Hulusi Akar Ermənistanın cəbhə xəttində törətdiyi genişmiqyaslı təxribatlarla bağlı açıqlamasında deyib.

Hulusi Akar bildirib ki, Qafqazda sülhə və sabitliyə ən böyük təhdid Ermənistanın təcavüzkar mövqeyidir. Bölgədə ciddi təhlükə yaradan bu təcavüzkarlığın qarşısı dərhal alınmalıdır.

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Prezident: Bu gün regionda təhlükə mənbəyi Ermənistandır və onun çirkin siyasətidir

SONRAKI XƏBƏR

Səfərbərlik Xidməti məlumat YAYDI