Əbdülhəmid Gül: Türkiyə dost və qardaş Azərbaycanın yanındadır

İstanbul, 27 sentyabr, AZƏRTAC

Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır.

AZƏRTAC xəbər verir ki, bu ifadələri Türkiyə Respublikasının Ədliyyə naziri Əbdülhəmid Gül təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında ifadə edib.

Nazir paylaşımında bildirib: “Ermənistanın Azərbaycana qarşı beynəlxalq hüququ pozan intensiv hücumlarını qətiyyətlə qınayırıq. Şəhidlərimizə rəhmət, yaralılarımıza isə şəfa diləyirəm. Türkiyə dost və qardaş Azərbaycanın yanındadır, hər cür dəstək verməyə hazırdır”.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Gözlənilən bir hərbin tarixçəsi

SONRAKI XƏBƏR

YAP cəbhəboyu təmas xəttində erməni hərbi təxribatları ilə əlaqədar bəyanat yayıb