Türkiyənin Gənclik və İdman naziri: Can Azərbaycanımızın yanındayıq

İstanbul, 27 sentyabr, AZƏRTAC

Can Azərbaycanımızın yanındayıq!

AZƏRTAC xəbər verir ki, bu ifadələri Türkiyə Respublikasının Gənclik və İdman naziri Mehmet Muharrem Kasapoğlu təcavüzkar Ermənistanın hərbi təxribatları nəticəsində yaranmış gərgin vəziyyətlə bağlı sosial şəbəkədəki paylaşımında bildirib.

Nazir paylaşımında “Ermənistanın Azərbaycan torpaqlarına qarşı hüquqazidd və təxribat xarakterli hücumlarını şiddətlə qınayır, həyatını itirən qardaşlarımıza Allahdan rəhmət diləyirəm. Can Azərbaycanımızın yanındayıq!” – deyə ifadə edib.

Günel Məlikova

AZƏRTAC-ın xüsusi müxbiri

İstanbul

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Bundesliqa klubu baş məşqçini istefaya göndərdi

SONRAKI XƏBƏR

Ukrayna I vitse-spikeri: “Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyirik”