Ermənistan alovla oynayır – Türkiyədən sərt mesaj...

Ermənistan alovla oynayır – Türkiyədən sərt mesaj...

Ermənistanın Azərbaycana hücumunu şiddətlə qınayırıq.

Axar.az xəbər verir ki, bu sözləri AKP-nin sözçüsü Ömər Çelik deyib.

“Ermənistan bir daha hüquq normalarını pozaraq təxribat törətdi. İrəvana bağlı qətliam şəbəkələri bu hücumlarla insanlığa qarşı cinayət törədir. Beynəlxalq təşkilatlar Ermənistana qarşı səsini yüksəltməlidir.

Türkiyə Azərbaycanın yanındadır. Ermənistan alovla oynayır, bu, bölgədə sülhə təhdid törədir”, - Çelik bildirib.

Mənbə: axar.az