Cəbhədə baş verən qanlı təxribata görə məsuliyyəti Ermənistan rəhbərliyi daşıyır

Cəbhədə baş verən qanlı təxribata görə məsuliyyəti Ermənistan rəhbərliyi daşıyır

Tbilisi, 27 sentyabr, AZƏRTAC

“Borçalı İrəli" İctimai Birliyi Ermənistan silahlı qüvvələrinin sentyabrın 27-də atəşkəsi pozaraq cəbhə xəttində Azərbaycanın Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərini ağır silahlarla intensiv atəşə tutması ilə əlaqədar bəyanat yayıb.

Bu barədə AZƏRTAC-a “Borçalı” İB-nin sədri Məhəbbət İmanov məlumat verib.

Bəyanatda deyilir: “Borçalı İrəli" İctimai Birliyi işğalçı Ermənistan ordusunun 2020-ci il iyulun 12-dən Azərbaycanın Tovuz rayonunun dövlət sərhədində, eləcədə sentyabrın 27-də bütün cəbhə boyu başlatdığı hücumları, mülki əhalini və Azərbaycan ordusunun mövqelərini raket və artilleriya qurğularından atəşə tutmağını şiddət və qətiyyətlə pisləyir. Bunu Ermənistanın Azərbaycan ərazilərinin işğalının davam etdirmək, sülh siyasətinə, eləcə də, Cənubi Qafqazda sülhü və sabitliyi təhlükə altına salmaq cəhdi kimi qiymətləndirir.

Cəbhədə baş vermiş qanlı təxribata görə bütün məsuliyyət Ermənistanın hərbi və işğalçı siyasi rəhbərliyinin üzərinə düşür”.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Mənbə: azertag.az