Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır - Vüqar Bayramlı

Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır - Vüqar Bayramlı

"Kəndlərimizin, mülki vətəndaşlarımızın düşmən atəşinə məruzqalma faktı var. Yaralanların sayı ilə bağlı dəqiqləşdirmələr aparılır. Ancaq yüksək əhval-ruhiyyəsi, əzmkarlığı ilə seçilən Ordumuz düşmən təxribatının qarşısını layiqincə almaqdadır.Bu həssas məqamda milli birlik nümayiş etdirməyimiz də vətənpərvərlik hissinin göstərcisidir. Ali Baş Komandamıza, Ordumuza güvənərək tezliklə qələbə qazanacağımıza inanırıq. Bizim işimiz haqq işidir!”

Publika.az xəbər verir ki, bunu hazırda cəbhəyanı bölgəmizdə, Füzuli rayonunda olan millət vəkili Vüqar Bayramov deyib.

Döyüş şəraitinin Ordumuzun tam nəzarəti altında olduğunu deyən millət vəkili mövcud durumla bağlı davamlı olaraq insanları doğru məlumatlandırmağın, dezinformasiyaların qarşısını almağın önəmini də vurğulayıb.

Mənbə: publika.az