“Ordumuz qətiyyətli davrandı, düşmənin planı pozuldu”-Yunus Oğuz

“Ordumuz qətiyyətli davrandı, düşmənin planı pozuldu”-Yunus Oğuz

“Əsgərin gözü arxada qalmamalıdır”

“Ermənistanın hərbi təxribatının qarşısı qətiyyətlə alındı. Baş verən hadisələr göstərir ki, Azərbaycan Ordusu kifayət qədər qətiyyətli davrandı”.

Bu sözləri Cebhe.info-ya açıqlamasında Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz bildirib. Onun sözlərinə görə, Silahlı Qüvvələrimiz 29 ildə xeyli inkişaf yolu keçib, hazırda Qafqazın ən güclü ordularından biridir:

“90-cı illə bu gün baş verənlərin yeganə oxşar tərəfi insanların hərbi vətənpərvərlik hissinin yüksək olmasıdır. İnsanlarımız torpaqlarımızın işğaldan azad olunmasını istəyir. Mən çox istərdim ki, təkcə kəndlər yox, rayonlar işğaldan azad olunsun. Fkrimcə, ordumuz o gücdədir və məqsədimizi reallaşdıra biləcək. Ordunun arxasında xalq durmalıdır. Əsgərin gözü arxada qalmamalıdır”.

“Paşinyanın planı pozuldu”

Partiya sədri Ermənistanın hərbi txəribatlar törətməsini düşünülmüş siyasət adlandlırıb: “Ermənistanın siyasi rəhbərliyi hesab edir ki, onlar təcavüzə başlayacaqlar, Rusiya da onlara dəstək verəcək. Bu hərbi təxribatlar Paşinyana hakimiyyətə qalmaq üçün lazımdır. Paşinyan Sorosun adamıdır, ancaq ölkənin durumu çox acınacalqıdır. Müxalifət onu sıxışdırır.

Oktyabrın 9-da ümum-Ermənistan mitinqi təyin edilib. Paşiyanın istefasını tələb edilər. Nikol Paşinyan da hərbi təxribatlarla siyasi böhranın qarşısını almaq, cəmiyyətin diqqətini başqa səmtə yönəltmək istəyir. Artıq ölkədə fövqəladə vəziyyət və ümumi səfərbərlik elan edib. Bununla da kütləvi aksiyalar ləğv olunur. Bu yolla o siyasi böhrandan canını qaurtarmaq istəyir. Lakin əksinə oldu. Azərbaycan ordusu sürətlə irəliləyir”.

“Rəsmi məlumatlara istinad etməliyik”

Yunus Oğuz hesab edir ki, hərbi əməliyyatlar gedən dövrdə media ehtiyatlı davranmalıdı: “Sosial şəbəkələrin məhdudlaşdırılması olduqca doğru addımdır. “Beşinci kolon” və onların əlatıları, trolları hadisələrdən istifadə edib cəmiyyətdə gərginlik yaratmaq istəyirdilər. Lakin buna nal olmadılar. Biz media təmsilçiləri, ictimai fəallar ehtiyatlı olmalı, yalnız rəsmi məlumatları yaymalıyıq. Dezinformasiyadan qurtarmağın yolu budur. Çünki biz dezinformasiyanın ordumuza hansı zərbələri vurduğunun 90-larda görmüşük”.

Son illər cəmiyyətdə dövlətçilik şüurunun yarandığını bildiriən Yunus Oğuz hesab edir ki, bu, olduqca vacib məslədir: “90-larda belə deyildi. Lakin son 30 ildə cəmiyyətimizdə xeyli dərəcəd dövlətçilik şüuru formalaşıb. Bu, çox yaxşıdı. İnsanlar dövlətə, orduya güvənir, çağırışlara əməl edirlər. Biz Ali Baş komandana, ordumuza güvənməli, rəsmi çağırışlara əməl etməliyik. Qələbənin yolu bundan keçir”.

Aydın
Cebhe.info

Mənbə: cebhe.info