Papa Qafqazda sülh üçün dua etdi və tərəfləri danışıqlara çağırdı

Papa Qafqazda sülh üçün dua etdi və tərəfləri danışıqlara çağırdı

Roma Papası Françisk Vatikandakı Müqəddəs Pyotr meydanında toplanan möminlərə müraciət edərək, Qafqazda barış üçün dua edib.

KONKRET.az xəbər verir ki, o, münaqişə tərəflərini dialoqa və danışıqlara çağırıb.

“Əziz bacı-qardaşlar! Qafqaz bölgəsindəki toqquşmalarla əlaqədar həyəcanverici bir xəbər aldıq. Qafqazda sülh üçün dua edirəm və münaqişə tərəflərindən konkret xoş niyyət və qardaşlıq jestlərini etmələrini xahiş edirəm. Elə etsinlər ki, problem güc və silah tətbiqi ilə deyil, dialoq və sülh yolu ilə həll olunsun”. Françisk bazar günü Vatikandakı Apostol Sarayının pəncərəsindən inanclı insanlara və zəvvarlara müraciət edib.

Xatırladaq ki, sentyabrın 27-də səhər saatlarında Azərbaycan ordusu bütün təmas xətti boyunca əks-hücuma keçib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az