Ana Vətən Partiyası bəyanat yaydı

Ana Vətən Partiyası bəyanat yaydı

Ana Vətən Partiyası cəbhədəki son vəziyyətlə bəyanat yayıb.


Demokrat.az-a daxil olan bəyanatda deyilir:


"Təcavüzkar Ermənistan işğalçılıq siyasətini davam etdirərək, yeni ərazilərimizin qəsb olunması məqsədilə bütün cəbhə boyu hücum əməliyyatlarına başlamışdır. Ölkə Prezidenti, Ali Baş Komandan, Cənab İlham Əliyevin son günlər ən müxtəlif platformalarda Ermənistanın hücum əməliyyatlarının başlanması məqsədilə ciddi və geniş miqyaslı hazırlıqlar apardığını konkret faktlarla önə çəkmiş, Beynəlxalq Təşkilatları, ATƏT - in Minsk qrupunun həmsədrlərini xəbərdar etmişdir. Təəssüflər olsun ki, Beynəlxalq Təşkilatların, ATƏT - in Minsk qrupu üzvlərinin susqunluğu və seyrçi mövqeyi işğalçı Ermənistana qarşı qətiyyətli addımlar atmaması qəsbkar ölkəni şirnikləndirir, faşist və vandal əməllərini stimullaşdırmaqda davam edir. Azərbaycan Müdafiə Nazirliyinin verdiyi rəsmi məlumatlara görə təcavszkar Ermənistan bütün cəbhə boyu əhalimizin sıx olduğu yaşayış məntəqələrini atəşə tutaraq Beynəlxalq cinayətə yol vermişdir. Düşmənin total hücumlarının qarşısını almaq, əhalimizin təhlükəsizliyini təmin etmək məqsədilə igid və qəhrəman Ordumuz əks hücum əməliyyatlarına başlamış və təcavüzkara ağır zərbələr endirməkdədir.


Ana Vətən Partiyası Ali Baş Komandan Cənab İlham Əliyevlə və Silahlı Qüvvələrimizlə bərabər olduğunu bəyan edir, Ordumuzun əks - hücum əməliyyatlarını alqışlayır və əmin olduğunu bildirir ki, rəşadətli Ordumuz Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi altında uzun illərdən bəri işğala məruz qalan müqəddəs torpaqlarımızı azad edəcək, dövlətçilik və hərb tariximizə şanlı səhifələr yazacaqdır.


Tam əminik ki, hər zaman olduğu kimi hazırki hərbi vəziyyətdə də xalqımız, siyasi baxışlarından asılı olmayaraq ölkəmizdə fəaliyyət göstərən bütün siyasi partiyalar, ictimai fəallar və sosial media iştrakçıları Ali Baş Komandanla və Ordumuzla bərabər olacaq, bütün fəaliyyətlərini müharibə şəraitinə uyğun şəkildə quracaqlar. Azərbaycandan kənarda yaşayan dəyərli yurddaşlarımızı Vətənimizlə, Ali Baş Komandanımızla və igid Ordumuzla birgə olmağa, erməni vandallarının faşist düşüncə və əməllərini yaşadıqları ölkələrdə ifşa etməyə səsləyirik.


Ana Vətən Partiyası Ermənistanın təcavüzkarlığına son qoymaq və işğal olunmuş bütün torpaqlarımızın azad edilməsini qarşısına məqsəd qoyan Silahlı Qüvvələrimizin əks - hücümlarını Azərbaycanı Beynəlxalq hüquqla təsbit olunmuş ədalətli mövqeyini bir daha alqışlayır, Ali Baş Komandanımızla və qəhrəman Ordumuzla çiyin - çiyinə durduğumuzu, müsəlləh əsgər kimi Vətənimizin və Dövlətimizin bütün çağırışlarına hazır olduğumuzu bəyan edirik.


Ana Vətən Partiyasının Mərkəzi Şurası.

Mənbə: demokrat.az