Ərdoğandan dünyaya ÇAĞIRIŞ: Azərbaycanın yanında olaq

Ərdoğandan dünyaya ÇAĞIRIŞ: Azərbaycanın yanında olaq

Azərbaycana qarşı yenidən hücumlara başlayan Ermənistan bir daha sübut etdi ki sülh və sabitliyin önündə ən böyük əngəldir.

Xezerxeber.az-ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan öz "Tvitter" səhifəsində yazıb.

Prezidentin sözlərinə görə, Türk milləti hər zaman olduğu kimi bütün imkanları ilə Azərbaycanlı qardaşlarının yanındadır: "Erməni xalqını onları fəlakətə sürükləyən hakimiyyətlərinə və onları kukla kimi istifadə edənlərə qarşı öz gələcəklərinə sahib çıxmağa çağırıram. Eyni zamanda bütün dünyanı zülmə və ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında yer almağa çağırıram".

 

Mənbə: xezerxeber.az