Bakı İrəvanı sosial şəbəkələrdə dezinformasiya yaymaqda günahlandırdı - "RİA Novosti"

Bakı İrəvanı sosial şəbəkələrdə dezinformasiya yaymaqda günahlandırdı - "RİA Novosti"

Rəsmi Bakı Qarabağdakı vəziyyətin gərginləşməsi fonunda İrəvanın sosial şəbəkələr vasitəsilə təxribat xarakterli məlumatlar və dezinformasiya yaydığını söyləyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı RİA Novosti agentliyi yayıb.

“Ermənilər gerçəkliyi əks etdirməyən köhnə video kadrlar paylaşırlar. Əhalini diqqətli olmağa, belə dezinformasiyaya inanmamağa və rəsmi məlumatlara əsaslanmağa çağırırıq”. Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət şöbəsinin müdiri Hikmət Hacıyev belə deyib.

Babək Göyüş

KONKRET.az

Mənbə: konkret.az